HostBaycan saytı olaraq, qeydiyyatlı istifadəçilərimizə daha etibarlı bir internet mühiti təmin etməyi bir borc bildik. Bu səbəbdən ötəri, üzvlərimizin özlərini daha rahat hiss etmələri üçün onlara müxtəlif gizlilik haqqları tanıdıq.
HostBaycan üzvlərinin, sahib olduqları bu haqqlar, aşağıdakı kimidir:
Elektronik məktub ünvanınız, heç bir səbəb ilə başqa quruluşlara paylaşılmayacaq və reklam, təqdimat, satışa çıxarma etmək məqsədiylə istifadə edilməyəcək.
Bizə verdiyiniz üzvlük məlumatları və fərdi məlumatlar, sizin təsdiqiniz xaricində, digər üzvlərə və üçüncü kəslərə açılmayacaq. Ancaq bu məlumatlar, HostBaycan saytının öz bünyəsində, müştəri profili təyin etmək və statistik işlər görmək məqsədiylə istifadə edilə biləcək.
Sistemə girdiyiniz bütün məlumatlara, bizim xaricimizdə, yalnız siz görə bilər və bunları yalnız siz dəyişdirə bilərsiniz. Bir başqa üzvün və ya İstifadəçinin, sizinlə əlaqədar məlumatlara çatması və bunları dəyişdirməsi mümkün deyil.
Qeydiyyat əsnasında sizdən istənən fərdi məlumatlardan, zəruri olanlar xaric, istədiklərinizi öz təşəbbüsünüz daxilində bizə bildirə bilərsiniz. Bizə verməyi seçməyəcəyiniz məlumatlar varsa, bu sahələri doldurmaq və ya işarələmək məcburiyyətində deyilsiniz.
Bu qanunlar ilə fərdi haqqlarınız bizim tərəfimizdən təminat altına alınmışdır.